Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi əhalinin asudə vaxtının səmərəli təşkili üçün konsert proqramlarını davam etdirir. 
   Regional idarənin Bərdə rayon nümayəndəliyinin tabeliyində olan Bərdə şəhər 4 nömrəli Uşaq incəsənət məktəbi park-bulvar kompleksində konsert proqramı ilə çıxış edib. 2 iyun - Azərbaycan Polisi Gününə təsadüf edən proqram maraqla qarşılanıb.
   Məktəbin şagirdlərindən Elnur Əhmədov, Tahir Nəcəfov, İbrahim Mənəfli, müəllim Alim Əliyev və gənc ifaçılar Ramilə Musazadə, Mahir Hüseynov, Qalib Məmmədov, Ramin Bayramovun çıxışları sakinlərin könlünü oxşayıb.