İyulun 7-də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli rus bəstəkarı Sergey Raxmaninovun xatirəsinə həsr edilmiş musiqili gecə keçiriləcək.
   Filarmoniyadan bildirilib ki, konsertdə Əməkdar incəsənət xadimi Elşad Bağırov və Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Solistlər xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə və Yeganə Axundovadır (piano).
   Konsertdə bəstəkarın fortepiano və orkestr üçün nota aldığı iki nömrəli süitası və iki nömrəli konserti səsləndiriləcək.