Yazıçı-publisist Yunus Oğuzun daha bir romanı işıq üzü görüb. “Atabəy Eldəniz” kitabı müəllifin sayca 7-ci tarixi romanıdır. Kitaba “ön söz”ü Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli və akademik, Milli Məclisin deputatı Nizami Cəfərov yazıb.
   Yazıçı bu əsərdə Azərbaycan tarixində mühüm yer tutmuş daha bir görkəmli dövlət xadiminin, Azərbaycan Atabəyliyini dövlət səviyyəsinə qaldıran ilk Atabəy Şəmsəddin Eldənizin həyat və fəaliyyətinə işıq salır.