İyulun 11-də Muzey Mərkəzinin sərgi qalereyasında "IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə" adlı fotosərgi açılıb.
   Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə İslam Həmrəyliyi Oyunlarının işıqlandırılmasında Azərbaycan fotoqraflarının xüsusi əməyi olduğunu deyib: “Fotoqraflarımız obyektivin gözü ilə bu tədbirin dinamikasını, möhtəşəmliyini sənət əsərinə çeviriblər".
   Mərasimdə gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Fotoqraflar Birliyinin diplomu ilə təltif edilib. 
   Sonra fotoqraflar mükafatlandırılıb. Qeyd edək ki, sərgidə 54 müəllifin 200-dən çox işi nümayiş olunur.