İyulun 13-dən 16-dək Litvada UNESCO-nun himayəsi ilə musiqi festivalı keçiriləcək. Festivalda Azərbaycanı xanəndə Könül Məmmədli, Ədalət Behbudov (tar) və Pərviz Fərhadov (kamança) təmsil edəcəklər. 
   Tədbirə həmçinin Bolqarıstan, Estoniya, Gürcüstan, İspaniya, Xorvatiya, Latviya, Litva, Makedoniya və Ukrayna təmsilçiləri qatılacaq. Xanəndə Könül Məmmədli muğam televiziya müsabiqəsinin laureatı, Azərbaycan Milli Konservatoriyasının tələbəsidir. Ədalət Behbudov respublika və beynəlxalq müsabiqələrin qalibidir, Bakı Humanitar Kollecində müəllim işləyir. Respublika və beynəlxalq müsabiqələr qalibi Pərviz Fərhadov da hazırda Azərbaycan Milli Konservatoriyasının və Respublika İncəsənət Gimnaziyasının müəllimidir.