Şuşa Dövlət Musiqili Dram Teatrında Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası tamaşaya hazırlanır.
   Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.
   Rolları Püstəxanım Zeynalova, Zəhra Salayeva, Ruhiyyə Həsənova, Teymur Məmmədov, Məmməd Məmmədov, Mobil Qurbanov, Hamlet Qəmbərov, Yaşar Muradov və Əməkdar artist Azad Məmmədov ifa edirlər.
   Səhnə əsərinin premyerası sentyabr ayında olacaq.