Quba Turizm İnformasiya Mərkəzinin və Rusiya Federasiyası Volqoqrad şəhərinin “Kənd turizmi və trekinq” agentliyinin birgə təşkilatçılığı ilə iyulun 7-də turizm şirkətlərinin nümayəndələri üçün Xınalıq kəndinə infotur keçirilib.
   Tur Quba rayonunun gəzintisi ilə başlayıb, iştirakçılar Quba Tarix-diyarşünaslıq muzeyində, Quba Memorial Soyqırımı Kompleksində olublar. 
   Sonra Xınalıq kəndinə səfər başlayıb. Tur iştirakçılarına kəndin tarixi, unikal dili, özünəməxsus adət-ənənələri haqqında geniş məlumat verilib. Qonaqlar tarixi memarlıq abidələri, Xınalıq Tarix-etnoqrafiya muzeyi, qədim qəbiristanlıqla tanış olublar. Onlar üçün çay süfrəsi təşkil edilib. Turun sonunda iştirakçılara Quba TİM-in çap məhsullarından ibarət paketlər hədiyyə olunub.