Azərbaycanlı gənc pianoçu, əslən Xocalıdan olan Brilyant Məmmədli İsveçrənin Val de Traver regionunda keçirilən “Gənc ifaçıların beynəlxalq müsabiqəsi”ndə iştirak edib.
   İsveçrədə fəaliyyət göstərən “Azərbaycanın Dostları” Birliyindən bildiriblər ki, Naftalan şəhər Uşaq musiqi məktəbində təhsil alan 11 yaşlı pianoçu müsabiqədə İ.S.Bax, V.A.Motsart və Niyazinin əsərlərini məharətlə ifa edərək ikinci yerə layiq görülüb.
   Xatirə Qəmxarovanın yetirməsi olan Brilyant ötən il Vyanada “Edelvays” beynəlxalq müsabiqəsində də ikinci yeri tutub.