Türk mənşəli XIV əsr müəllifi Ziyaəddin Nəxşəbinin “Tutinamə” əsəri dünyanın ən məşhur söz abidələrindən hesab olunur. Əsər dünyanın bir çox dillərinə tərcümə edilib. “Tutinamə”nin iki qədim əlyazma nüsxəsi AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilir.
   İnstitutun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov həmin nüsxələr əsasında yazılı abidəni dilimizə tərcümə edib və əsər ilk dəfə 1991-ci ildə kiril əlifbası ilə yüksək tirajla (50 min) “Azərnəşr”də çap olunub. Bu günlərdə əsər ikinci dəfə latın qrafikasında “Kitab klubu MMC” tərəfindən nəşr olunaraq oxuculara təqdim edilib.