İyulun 15-də Xaçmaz şəhərində II Beynəlxalq dolma festivalı təşkil ediləcək. Festival Mədəniyyət və Turizm Nazirliyi, Xaçmaz Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə Xaçmaz şəhərinin “Çənlibel” parkında keçiriləcək.
   Azərbaycan Milli Kulinariya Assosiasiyasından bildirilib ki, festivalda qədim mətbəximizə aid 40-dək, bölgələrimizdən 300-dən çox milli dolma nümunələri, həmçinin xarici diplomatik nümayəndəliklər tərəfindən ölkələrinin milli mətbəxinə aid xörəklər təqdim ediləcək. 
   Qeyd edək ki, I Beynəlxalq dolma festivalı 2016-cı il iyulun 1-də Abşeron rayonunda keçirilib.