Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə rus və ingilis dillərində İçərişəhərin turist xəritəsi hazırlanıb. Xəritə İçərişəhər ərazisində yerləşən muzeylər, məscid və məqbərələr, karvansaralar, qalalar, hamamlar, tarixi-memarlıq binaları, qalereyalar, suvenir dükanları, restoran və kafelər, yerləşdirmə obyektləri barədə ətraflı məlumatı əhatə etməklə görməli yerlərə ən qısa marşrutu tapmaqda turistlərə yardımçı olacaq.
   Bundan əlavə, xəritədə İçərişəhərin UNESCO-nun Dünya irsi siyahısına daxil edilmiş abidələri haqda qısa məqalələr də yer alıb.
   Turist xəritəsini ölkəmizdə fəaliyyət göstərən turizm informasiya mərkəzlərindən və Bakı ərazisində fəaliyyət göstərən mehmanxanalardan əldə etmək mümkündür.
   Yaxın gələcəkdə xəritənin ərəb dilində də nəşri nəzərdə tutulub.