Şəki şəhər MKS-nin 3 və 11 saylı kitabxana filialları Heydər Əliyev Muzeyinin qarşısında açıq havada “mütaliə günləri” keçirib. Oxuculara Şəkinin gəzməli-görməli yerləri və tarixi abidələri haqqında, yazıçı və şairlərinin yeni əsərləri ilə yanaşı kitabxanaya daxil olan yeni maraqlı kitablar təqdim olunub. İki gün ərzində həm şəhər sakinlərinə, həm də Şəkiyə gəzməyə gələn qonaqlara xidmət göstərilib. Şəki şəhər İ.Nakam adına Mərkəzi kitabxana da “mütaliə həftəsi” keçirib. Açıq səma altında baş tutan tədbirdə kitabxanaya daxil olan yeni nəşrlər sərgilənib.