Qazax rayonu Qazaxbəyli kənd kitabxana filialı kənd ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbənin parkında “səyyar kitabxana” xidməti təşkil edib. Tədbirdə müxtəlif mövzularda kitablar, tarixə, milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə və xalq yaradıcılığına dair 110 nüsxədən çox ədəbiyyat nümayiş etdirilib.