Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku və xanımı Mihaela İanku Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.
   Tərcümə Mərkəzindən verilən məlumata görə, görüş zamanı Azərbaycan-Rumıniya ədəbi-mədəni əlaqələrinin inkişaf etdirilməsi, Tərcümə Mərkəzinin bu istiqamətdə həyata keçirdiyi beynəlxalq layihələrdən bəhs olunub. 
   Müxtəlif dövrlərdə tərcümə və nəşr olunmuş Ejen İonesko, Mirça Kerteresku və digər tanınmış rumın ədiblərinin əsərlərindən söz açılıb, artıq bir neçə dilə tərcümə edilmiş “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın Rumıniyada, rumın yazıçı və şairlərindən ibarət toplunun Azərbaycanda nəşrinə dair məsələlər müzakirə olunub.