Sumqayıt MKS-nin M.Ə.Rəsulzadə adına kitabxana filialında Mirzə Fətəli Axundzadənin (1812-1878) 205 illik yubileyinə həsr olunmuş “Böyük mütəfəkkir” adlı oxucu konfransı keçirilib. 
   Kitabxanaçı Şərəf Əliyeva, Sumqayıt Dövlət Universitetinin tələbələri Mirzə Fətəlinin həyat və fəaliyyəti haqqında danışıblar. 
   Mütəfəkkir haqqında sitatlar, məşhur fikir və elm adamlarının düşüncələri diqqətə çatdırılıb.