Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı tərəfindən 351 fotosənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.
   Milli Arxiv İdarəsindən bildirilib ki, fotosənədlər 2016-2017-ci il teatr mövsümündə sənət ocağının yaradıcılıq fəaliyyətini, teatr xadimlərinin yubiley və xatirə gecələrini əks etdirir.
   Milli Arxiv Fonduna hər bir sənəd haqqında məlumat bazası hazırlanır.