İyulun 12-də Nizami Kino Mərkəzi və “British Council Azərbaycan”ın birgə layihəsi çərçivəsində şəhər sakinlərinə və qonaqlara “Piter Pen” tamaşası rus dilində titrlərlə təqdim edilib.
   Rejissor Salli Kukson “Piter Pen” tamaşasının “Bristol Old Vic” teatrındakı uğurundan sonra onu Britaniya Milli Teatrında səhnəyə qoyub. Bu tamaşada böyüyüb boya-başa çatmağın müsbət və mənfi tərəflərinə toxunulur. O, sehr, dəcəllik, musiqi və fantaziyanın mükəmməl ahəngini əks etdirir. 
   Nizami Kino Mərkəzi və “British Council Azərbaycan”ın birgə layihəsinin məqsədi tamaşaçıya yüksək keyfiyyətlə lentə alınmış dünya teatr şedevrlərini izləməyə imkan yaratmaqdır.