Lənkəran Dövlət Dram Teatrında fransız şairi və yazıçısı Şarl Perronun “Çəkməli pişik” nağılı əsasında hazırlanmış “Çəkməli Perro və Şahzadə Pyer” tamaşasına daxili baxış keçirilib. 
   Məktəblilər üçün nəzərdə tutulmuş səhnə əsərinin səhnələşdirəni və quruluşçu rejissoru Tərlan Abdullayev, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları aktyorlardan Allahverən Babayev, Hikmət Cəfərov, Sayad Əliyev, Şəbnəm Hüseynova, Rauf Zeynalov, Aysel Cahangirova, Günel Abbaszadə, Ülkər Quliyeva, Nizami Qurbanov ifa ediblər.
   Tamaşa yeni teatr mövsümündə azyaşlı sənətsevərlərin ixtiyarına veriləcək.