Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Bəşir Səfəroğlu adına Yevlax şəhər Xalq teatrı Bərdə rayon Mədəniyyət mərkəzində Seyfəddin Dağlının “Bekarçılıq kontoru” pyesi əsasında hazırlanmış “Oyun bitdi” tamaşasını təqdim edib. Əməkdar mədəniyyət işçisi Zöhrə Adıgözəlovanın səhnələşdirdiyi tamaşa izləyicilər tərəfindən rəğbətlə qarşılanıb. 
   Regional idarənin rəisi İlyas Hacıyev kollektivin bu yaxınlarda Respublika xalq teatrları festivalında ikinci yerə layiq görülməsindən bəhs edib. Sonda kollektivə hədiyyələr təqdim olunub.