Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi Qubadlı rayon nümayəndəliyinin təşkilatçılığı ilə “Eyvazlı” kitabının təqdimat mərasimi keçirilib.
   Tədbirdə rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Xoşqədəm Alıyeva, yazarlar, rayon ictimaiyyəti iştirak edib.
   Tədbirdə şairlər Əvəz Mahmud Lələdağ, Ofelya Babayeva və başqaları çıxış edərək kitab haqqında fikirlərini bildiriblər.
   Tədbir Qubadlı rayon mədəniyyət müəssisələri kollektivlərinin ifasında konsert proqramı ilə yekunlaşıb.