İyulun 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyevin yaradıcılıq gecəsi keçiriləcək.
   Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcək. Konsertin solisti - Əməkdar artist Gülnaz İsmayılova (soprano) bəstəkarın əsərlərindən ibarət bir sıra kompozisiyaları səsləndirəcək.
   Orkestrlərin bədii rəhbərləri və dirijorları xalq artistləri Fəxrəddin Kərimov və Gülbacı İmanovadır.