2017-ci ilin yanvar-iyun aylarında Gürcüstana 1 milyon 310 min turist səfər edib. Gürcüstanın Milli Turizm Administrasiyasından verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 29 faiz artım deməkdir. 
   Bildirilir ki, Gürcüstana ən çox qonşu ölkələrdən turist gəlir. Cari ilin ilk altı ayı ərzində Gürcüstana gedən turistlər arasında Azərbaycan vətəndaşları birinci yeri tutur. Hesabat dövründə qonşu ölkəyə 737 min Azərbaycan vətəndaşı gedib ki, bu da ötən ilin müvafiq göstəricisindən 7,4 faiz çoxdur. Sonrakı yerləri Rusiya, İran və Türkiyə vətəndaşları tutur.