Pianoçu Səidə Zülfüqarova Parisdə çıxış edəcək
   
   İyulun 19-da və 26-da Parisin Paul Rey Teatrında “Bütün istiqamətlərdə musiqilər” adlı konsert proqramı təqdim olunacaq.
   Konsertdə Antonia Denavit (soprano), Antoine Desmard (violonçel) və Səidə Zülfüqarova (piano) çıxış edəcək. Proqramda C.Kaççini, G.Hendel, L.Bethoven, A.Rubinşteyn, P.Çaykovski , C.Gerşvin və digər korifey bəstəkarların əsərləri səsləndiriləcək.
   Bu musiqiçilərin iştirakı ilə “Bütün istiqamətlərdə musiqilər” adlı proqramın iki konserti iyulun 5-də və 12-də keçirilib.