Müasir opera aləminin ən məşhur cütlüyü - Rusiyanın Xalq artisti Anna Netrebko (soprano) və onun həyat yoldaşı, Azərbaycanın Əməkdar artisti Yusif Eyvazov (tenor) Asiya-Avstraliya turuna çıxır. Onlar sentyabrın 28-dən oktyabrın 3-dək Tokio Şəhər Opera Teatrında konsert proqramı ilə çıxış edəcəklər.
   Yusif Eyvazovun saytında yer alan məlumata görə, cütlük oktyabrın 6-da Asiya-Avstraliya turu çərçivəsində Çinin Nankin şəhərində konsert verəcək. İfaçıların bu turuna həmçinin Koreya və Yeni Zelandiyada konsertlər daxildir.