Jurnalın yeni sayı çapdan çıxıb
   
   Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun “Dilçilik İnstitutunun əsərləri” jurnalının ikinci nömrəsi çapdan çıxıb. İnstitutdan bildirilib ki, jurnalın yeni sayında dil tarixi və dialektologiya, Azərbaycan dili və terminologiya, nəzəri dilçilik, türk dillərinə aid məqalələr yer alıb. 
   Nəşrin baş redaktoru institutun direktoru, akademik Möhsün Nağısoylu, buraxılışa məsul şəxs elmi işçi Vəfa İbişovadır.