Tanınmış ərdəbilli şair Saleh Asim Kəffaş Pərvizin “Qanlı səhər” şeirlər kitabı “Ekoprint” nəşriyyatında çapdan çıxıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan məlumat verilib. Kitab institutun kitabxana və elmi informasiya şöbəsinin layihəsi əsasında çap olunub. Kitabı transfonaliterasiya edib nəşrə hazırlayanı və “Ön söz” müəllifi Sona Xəyaldır.