Sentyabrın 23-də Almaniyanın Düsseldorf şəhərində dünya şöhrətli azərbaycanlı müğənni, bəstəkar Müslüm Maqomayevin (1942-2008) 75 illiyinə həsr edilmiş konsert olacaq.
   Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun saytında yer alan xəbərə görə, konsert Düsseldorf merinin himayəsi ilə keçiriləcək.
   Proqramda sənətkarın vaxtilə ifa etdiyi klassik və estrada musiqi janrlarına müraciət olunmaqla yanaşı, dünya bəstəkarlarının əsərləri də səsləndiriləcək. İfaçıların çıxışını “Xəzər virtuozları” estrada ansamblı müşayiət edəcək.