İyulun 21-də Gəncədə “Yerində tarix” adlı ekotur keçirilib. Layihə şəhər İcra Hakimiyyətinin dəstəyi, “Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyinin təşkilatçılığı ilə gerçəkləşib. 60-a yaxın gəncin qatıldığı tur Göygöl rayonunun Zurnabad kəndindən başlayıb. Sonra iştirakçılar qədim Gəncə qalasının olduğu ərazi ilə tanış olublar.
   Ekoturun keçirilməsində məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, onların ekoloji bilik və bacarıqlarını inkişaf etdirmək, həmçinin bölgənin qədim tarixini özündə əks etdirən maddi-mədəniyyət abidələrini tanıtmaqdır.
   Tur zamanı Gəncənin tarixinə, mətbəxinə, tarixi şəxsiyyətlərinə həsr edilən intellektual oyunlar da təşkil edilib.