Şəki Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən yay mövsümündə əhalinin və bölgəyə gələn qonaqların asudə vaxtının daha mənalı keçməsi məqsədilə mədəni tədbirlər təşkil edilir.
   Bu silsilədən növbəti tədbirlər kimi ötən həftəsonu (15-16 iyul) Suçma diyarşünaslıq evi, Dərəcənnət folklor klubu, I Biləcik kənd folklor evi və Ü.Hacıbəyli adına folklor evinin, bədii özfəaliyyət kollektivlərinin birgə iştirakı ilə “Qala divarları” ərazisində konsertlər keçirilib.
   Konsert proqramlarını Şəki sakinlərilə yanaşı, xarici turistlər də maraqla izləyiblər.
   Tədbirdə ən çox əylənən uşaqlar olub. Onların rəqsləri, söylədikləri şeirlər konserti daha da rəngarəng edib. 
   B.Ələsgərova adına şəhər folklor və Y.Məmmədov adına şəhər diyarşünaslıq klublarının konsert proqramları da maraqlı keçib. Azərbaycan xalq və bəstəkar mahnılarının sədaları altında turistlər və şəhərin qonaqları rəqs ediblər.