Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Salyan rayon Mədəniyyət mərkəzində əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə tədbirlər davam etdirilir. 
   Növbəti tədbir - Kürqaraqaşlı Diyarşünaslıq evinin bədii özfəaliyyət kollektivinin hazırladığı konsert proqramı kənddəki çay evinin qarşısında keçirilib. Tədbirdə kəndin ağsaqqalları, yeniyetmə və gənclər iştirak ediblər.