“Sağlam yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Regionlarda yeni formalaşmış mədəniyyət müəssisələrində Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətlərinin təbliği” layihəsi üzrə Xaçmaz rayon Mərkəzi kitabxanasında tədbir keçirib.
   Mərkəzi kitabxananın direktoru Azad Əlifxanov tədbiri açaraq mövzu haqqında məlumat verib. 
   İctimai birliyin eksperti Nizami Məmmədzadə Azərbaycanda yaşayan azsaylı xalqların folkloru, adət-ənənələri, musiqiləri haqqında danışıb. Dövlət tərəfindən bu xalqların mədəniyyətinin öyrənilməsi və qorunması məqsədilə həyata keçirilən işlərdən, bu sahədə mövcud mədəniyyət mərkəzlərinin fəaliyyətindən ətraflı bəhs olunub.
   Sonda iştirakçılara mövzu ilə bağlı bukletlər paylanılıb.