Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə artıq ikinci ildir yay mövsümündə “Retro Bakı” layihəsi həyata keçirilir.
   Baş idarədən bildirilib ki, layihə çərçivəsində növbəti konsertlər iyulun 21-də və 22-də ənənəvi olaraq Fəvvarələr meydanında baş tutacaq. Bu həftə “Retro Bakı”nın qonaqları müğənnilər Elnarə Xəlilova və Roza Zərgərli olacaq.
   Qeyd edək ki, layihə əhalinin və turistlərin asudə vaxtının səmərəli keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədi daşıyır. “Retro Bakı” hər həftəsonu axşam saatlarında Fəvvarələr meydanında maraqlı konsert proqramı və tanınmış müğənnilərin iştirakı ilə sentyabrın 15-dək davam edəcək.