Amerikanın “Forbes” jurnalı 2017-ci ilin televiziya sahəsində ən çox qazanc əldə etmiş ulduzların siyahısını dərc edib. Psixoloq və teleaparıcı Fil Makqrou 79 milyon dollar qazancla siyahıda birincidir. Siyahının ikinci pilləsində teleaparıcı Ellen DeDjeneres (77 milyon dollar) qərarlaşıb. 
   Siyahıya komik və ssenarist Jerri Saynfeld (69 milyon dollar), kulinariya proqramlarının qəhrəmanı, aşpaz Qordan Ramzi (60 milyon dollar), aparıcı və prodüser Rayan Sikrest (58 milyon dollar) daxildir. 
   Həmçinin ilk onluğa komik Luis Sekey (Louis C.K.), tanınmış vəkil və teleaparıcı Judit Şeyndlin, prodüser Saymon Kouell və teleaparıcı Stiv Xarv daxil olublar.

   İlona