Meksikanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə Bakıda bu ölkənin məşhur rəssamı Frida Kaloya həsr edilmiş fotosərgilər keçirilir. Növbəti sərgi İçərişəhərdə yerləşən “Art Tover” qalereyasında açılıb.
   Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi, Meksikanın ölkəmizdəki səfirliyi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə gerçəkləşib.
   “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının rəhbəri Dadaş Məmmədov bildirib ki, sərgiyə gələnlər ekspozisiyada yer alan 30-dək fotoreproduksiya ilə Meksika incəsənətinin ikonası, XX əsrin dünya səviyyəsində ən tanınmış rəssamlarından biri Frida Kalonun həyat və yaradıcılığının müxtəlif dövrləri ilə tanış ola bilərlər.
   Sərgi iyulun 25-dək davam edəcək.