Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müəllimi Vüqar Əliyev Türkiyənin Terkidağ-Şarköy vilayətində keçirilən Beynəlxalq incəsənət festivalı və rəsm simpoziumunda iştirak edib.
   Universitetdən bildirilib ki, beynəlxalq simpoziumda Vüqar Əliyevin Azərbaycan caz musiqisinin korifeyləri tanınmış simaları - Pərviz Rüstəmbəyov və Əzizə Mustafazadəyə həsr etdiyi əsərləri nümayiş olunub. 
   Tədbirdə dünyanın səkkiz ölkəsindən 16 rəssam iştirak edib. Sonda rəssamların əsərləri sərgilənib və onlar diplomlarla təltif olunublar.