İstirahət kompleksində konsert proqramı 
   
   Yay mövsümü dövründə Ağsu rayonundakı "Seyrəngah" istirahət kompleksində mədəni tədbirlər, konsert proqramları təşkil edilir. 
   İyulun 19-da İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət mərkəzinin "Aşıqlar" ansamblı burada "Doğma yurdun vəsfinə gəl" adlı proqramla çıxış edib.
   Ansamblın rəhbəri Məhəmməd Şirvanlının, aşıq Amil Dadaşovun, gənc aşıqlardan Şamo Səlimovun, Ziya İbadovun ifaları, Sahəddin Məmmədovun ifasında səslənən xalq mahnıları, Rəfail Nərimanoğlunun zurna və balabanda ifa etdiyi el havaları və həzin melodiyalar, Əmrah Məmmədovun sazda səsləndirdiyi "Ruhani" və "Yanıq Kərəmi" havaları, bədii qiraətçilər Eyvaz Bayramov və Elbrus Mürsəlovun söylədiyi zövqoxşayan şeirlər hər kəsə xoş anlar yaşadıb. 

   Lalə