AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FIAP) Sloveniyada keçirilən “Lumen 2017” fotomüsabiqəsində gümüş medala layiq görülüb.
   FIAP-ın təşkilati dəstəyi ilə beş ildən bir keçirilən fotomüsabiqəyə dünyanın 30-dan çox ölkəsindən fotojurnalistlərin işləri təqdim edilib. İlqar Cəfərovun mükafata layiq görülən “Trampoline” fotoşəkli 2016-cı ilin martında batut gimnastikası üzrə Dünya kuboku yarışları zamanı Bakıda Milli Gimnastika Arenasında çəkilib.
   Xatırladaq ki, keçən il AZƏRTAC-ın fotomüxbiri AFIAP - Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının rəssamı adına layiq görülüb.