AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təsis etdiyi “Axtarışlar” jurnalının ikinci sayı çapdan çıxıb.
   Elmi-ədəbi topluda folklor, ədəbiyyat, sənətşünaslıq, dilçilik və tarix sahələrində aparılan tədqiqatlar, elmi araşdırmalar yer alıb.
   Jurnalın bu sayında “Folklora bağlılığın Vaqif nümunəsi”, “Naxçıvan dialekt və şivələrindəki bəzi dialektizmlərin tarixi haqqında”, “Azərbaycan dilinin Səfəvilər dövrü”, “Azərbaycan miniatür sənəti”, “Behbud ağa Şahtaxtinksi irsini yaşadacaq dəyərli əsər”, “Qarabağ müharibəsindən xilas olmuş muzey sərvətlərimiz”, “TÜRKSOY-Türk xalqlarının mədəniyyət və incəsənət birliyi kimi” və s. məqalələr yer alıb.