İyulun 24-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Sabunçu rayon Mərkəzi kitabxanasında “Yay tətili kitablarla” adlı kitab sərgisi açılıb. Sərgidə kitabxananın fondunda olan uşaq ədəbiyyatı nümayiş olunub. Oxuculara vurğulanıb ki, insan üçün faydalı kitab maddi nemətlər istehsalını təkmilləşdirmək, cəmiyyətin inkişaf qanunauyğunluqlarını dərk etmək, təbiətin sirlərini öyrənmək, habelə kosmik fəzanı fəth etmək, elm, sənaye və texnikanı durmadan yüksəltmək vasitəsidir. Sonda uşaqlar kitabxanaya üzv olublar.