Avqustun 15-dən 20-dək Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrının Primorsk səhnəsinin truppası Rusiyanın “şimal paytaxtı”nda qastrolda olacaq. Truppa Sankt-Peterburq Mariya Teatrında “Apollon”, “Simurq quşu” və “Jizel” baletlərini təqdim edəcək. Avqustun 15-də nümayiş etdiriləcək “Simurq quşu” baletinin quruluşçu xoreoqrafı və işıq üzrə rəssamı həmvətənimiz Eldar Əliyevdir.
   E.Əliyev Bakıda doğulub. Bakı Xoreoqrafiya Məktəbini bitirib. 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. 2016-cı ildə Rusiya Dövlət Akademik Mariinsk Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib.