Sumqayıt Dövlət Dram Teatrında Turqut Özakmanın “Ocaq” əsərinə daxili baxış keçirilib. 
   Bir ailənin iztirab və təbəddülatları kontekstində cəmiyyətin müxtəlif sosial və yaş kateqoriyalarının baxış bucağı mükəmməl şəkildə açıldığı əsərə Əməkdar artist Firudin Məhərrəmov quruluş verib.
   Tamaşada əməkdar artistlər Fəranə Musayeva, Növrəstə Həşimova, Rauf Ağakişiyev, Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Habil Xanlarov, Xatirə Süleymanova, Sədaqət Nuriyeva, Şəhla Məmmədova, İlahə Səfərova rol alıb.