Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri - XX əsr alman ədəbiyyatının görkəmli nümayəndəsi, Nobel mükafatı laureatı Haynrix Böllün “İki roman” kitabı işıq üzü görüb. Kitaba yazıçının “Bir təlxəyin düşüncələri” və “...Və bircə kəlmə də demədi” romanları daxil edilib. Tərcümə Mərkəzindən bildirilib ki, nəşrin redaktoru Mahir Qarayev, “ön söz”ün müəllifi filologiya elmləri doktoru Rüstəm Kamaldır.
   Əsərləri alman dilindən tanınmış tərcüməçi Vilayət Hacıyev çevirib.