Bakıda “Pəncərə” klubunun təşkilatçılığı ilə “Şərab axşamı” adlı tədbir keçirilib.
   Əməkdar artist Nərgiz Cəlilovanın aparıcılığı ilə keçirilən tədbirdə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
   Klubun həmtəsisçisi, tanınmış memar Elçin Əliyev tədbirin məramından söz açıb. Bildirilib ki, “Pəncərə” klubunun əsas məqsədi Azərbaycan mədəniyyətini, qədim ənənələrini tanıtmaq, təbliğ etməkdir.
   Sonra Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət məsələləri üzrə müşaviri Yohan Şiterer ölkəsinin şərab istehsalı tarixindən, dünyadakı mövqeyindən söz açıb.
   Şərab İstehsalçıları Assosiasiyası sədrinin müavini Teymur Məmmədov Azərbaycanın şərab istehsalı sahəsində yetərincə mütəxəssisin olduğunu söyləyib, yerli istehsal olan şərablar haqqında ətraflı məlumat verib.
   Gecədə tanınmış müğənnilərin ifasında mahnılar səslənib.
   Azərbaycan Dövlət Pantomima Teatrının artistləri - Əməkdar artist Bəhruz Vaqifoğlu, Səbinə Hacıyeva “Bir qədəh şərab” adlı kompozisiya ilə çıxış ediblər.