Hər həftəsonu paytaxtın Fəvvarələr meydanında gerçəkləşən “Retro Bakı” layihəsinin növbəti konsertləri iyulun 28-də və 29-da keçiriləcək. 
   Konsertlər Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə reallaşır. 
   İdarədən bildirilib ki, saat 19-da başlanan budəfəki konsertlərdə də tanınmış müğənnilər maraqlı repertuarla paytaxt sakinləri və qonaqların görüşünə gələcək.