Qəbələ Mədəniyyət mərkəzində regional “ASAN Xidmət” Mərkəzi könüllülərinin hazırladığı “Gizli məktub” adlı kölgə tamaşasının ilk nümayişi keçirilib.
   “Mədəniyyət carçısı” layihəsi çərçivəsində yeni ideya əsasında səhnələşdirilən tamaşa teatr həvəskarları tərəfindən maraqla qarşılanıb. 
   Layihənin məqsədi klassik teatr növü olan kölgə teatr janrını müasir üslubda, yeniliklərlə birgə gənclərə göstərmək, onları teatr incəsənətinin bu sahəsi ilə tanış etməkdir.