Milli Geyim Mərkəzi və Moda Evinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın “Azərbaycan musiqi qruplarının geyim ənənələri” adlı kitabı çapdan çıxıb.
   Elmi-metodik vəsaitdə tarixi inkişafın müxtəlif dövrlərində Azərbaycanda yaranan peşəkar rəqs ansambllarının, habelə özfəaliyyət və uşaq rəqs qruplarının milli geyim növləri, onların inkişaf xüsusiyyətlərindən bəhs edilir, xalq sənətkarlarının və müasir rəssamların, modelyerlərin bu sahədə fəaliyyəti diqqətə çatdırılır. 
   Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Elmi şurası tərəfindən çapa tövsiyə olunan nəşrin elmi redaktoru sənətşünaslıq üzrə elmlər doktoru Sevil Sadıxova, rəyçisi sənətşünaslıq üzrə elmlər doktoru, professor, Əməkdar incəsənət xadimi Kübra Əliyevadır. Qeyd edək ki, bundan öncə G.Xəlilovanın Azərbaycan milli geyiminin Avropada təbliğinə dair kataloqu çap olunub.