Avqustun 2-də görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı və C.Nehru adına beynəlxalq mükafat laureatı Niyazinin (1912-1984) vəfatının 33 ili tamam olur.
   Bu münasibətlə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin və Niyazinin mənzil-muzeyinin kollektivi Fəxri xiyabanda maestronun məzarını ziyarət edəcək. Bundan başqa, Niyazinin mənzil-muzeyində “açıq qapı” günü təşkil olunacaq.
   “Açıq qapı” günü çərçivəsində qonaqlara maestro haqqında sənədli filmlər, onun konsertlərindən, “Rast” muğam-baleti və “Çitra” baletindən videogörüntülər təqdim olunacaq.