Gənc rejissor Azər Quliyevin “Pa-Pa” adlı qısametrajlı ekran əsəri Qazaxıstanın paytaxtı Astanada 13-cü Avrasiya Beynəlxalq film Festivalının rəsmi müsabiqə proqramında nümayiş olunub.
   14 dəqiqəlik film gənc oğlanın yaşadıqlarından bəhs edir. Anası ilə çətin münasibətlər fonunda gənc oğlan yaşadığı evi tərk etmək qərarına gəlir. Uşaqlıqdan atasız böyüyən gəncin bir məqsədi var - ata yurduna getmək və atasının ailəsini tərk etməsinin səbəbini öyrənmək.
   Məlumat üçün bildirək ki, Azər Quliyev 1997-ci ildə anadan olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsidir.