Noyabrın 17-26-da İstanbulda keçiriləcək 5-ci Beynəlxalq Boğaziçi film festivalında nümayiş olunacaq filmlərin qeydiyyatına başlanılıb.
   Qeydiyyat festivalın “Milli tammetrajlı film müsabiqəsi” və “Milli qısametrajlı film müsabiqəsi” nominasiyaları üzrə aparılır. Eyni zamanda, festivalda “Ən yaxşı film”, “Ən yaxşı rejissor”, “Ən yaxşı kişi ifaçı”, “Ən yaxşı qadın ifaçı”, “Ən yaxşı ssenari” və digər nominasiyalar üzrə da mükafatlar veriləcək. Son müraciət tarixi sentyabrın 15-dək olan müsabiqəyə müraciət formaları festivalın internet səhifəsində (www.bogazicifilmfestivali.com) yerləşdirilib.
   Ölkəmiz sonuncu dəfə festivalda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə çəkilən “Nabat” bədii filmi ilə təmsil olunub.