Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi Heydər Əliyev adına park-bulvar kompleksində konsert proqramı təşkil edib. Regional idarənin məsləhətçisi Validə Nabatova yay mövsümündə həyata keçirilən tədbirlərdən söz açıb, bölgədə turizmin inkişafına dövlət qayğısından danışıb.
   Rəhman Kamalov, Elşad Bağırov, Yaşar Əkbərov və Firdovsi Məmmədovun ifasında səsləndirilən mahnı, muğam və təsniflər, digər musiqi nömrələri turistlərin və yerli sakinlərin könlünü oxşayıb.